İşdən çıxarılan Zakir Qaralovun əmisi qızından AÇIQLAMA: "Anım günündə qırmızı geyinməyim..."

14:16 - 29 Noyabr 2022

İşdən çıxarılan Zakir Qaralovun əmisi qızından AÇIQLAMA:

Xəbər verdiyimiz kimi Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edilib.

 

Manset.az-a açıqlama verən Mehriban Qaralova işdən çıxmasını təsdiqləyib:

“Bəli, mən işdən uzaqlaşmışam. Bir müddət istirahət edəcəyəm. Bəzi şəxslər mənim anım gününə qırmızı geyimdə getdiyimə görə işdən çıxarıldığımı deyirlər. Qırmızı geyinməyimin bu məsələyə aidiyyatı yoxdur. Bu çoxdan olmuş hadisədir”. 

Əməkdaşımızın “Həqiqətən siz Zakir Qaralovun əmisi qızısınız?” sualını cavabsız qoyub.
 

 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin