<

Dünyanın ən böyük aktiv vulkanı 38 ildən sonra püskürdü

12:00 - 29 Noyabr 2022

Dünyanın ən böyük aktiv vulkanı 38 ildən sonra püskürdü

ABŞ-ın Havay ştatındakı “Mauna Loa” vulkanında 38 il sonra yenidən püskürmə baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Geoloji Xidməti ada sakinlərinə xəbərdarlıq edib ki, dünyanın ən böyük aktiv vulkanının püskürməsi çox dinamik ola bilər və axının istiqaməti və sürəti dəyişə bilər.

Səlahiyyətlilər, lava axınının istiqamətinin sürətlə dəyişə biləcəyi təqdirdə ada sakinlərinin mümkün təxliyə və ən pis ssenariyə hazır olması lazım olduğunu bildirib.

38 il sonra baş verən böyük püskürmədən sonra təkrar təkanlar olduğu açıqlanıb.

Səhiyyə rəsmiləri Havay adasının hava keyfiyyətinin izləndiyini və hazırda yaxşı vəziyyətdə olduğunu bildiriblər.

 


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin