Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

11:40 - 29 Noyabr 2022

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi şəxslərdən biri tutulub.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunan 1992-ci il təvəllüdlü Elnur Salamzadə Rusiya Federasiyası ərazisində saxlanılıb.

Onun Azərbaycana ekstradisiya edilməsi məqsədilə tədbirlər görülür.

Qeyd edək ki, E.Salamzadə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə axtarışa verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az