İlon Mask tvitləri ilə ABŞ-ın texnologiya nəhəngi Apple-a müharibə elan etdiyini bəyan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask, Apple-ı senzurada günahlandırıb. Şirkətin Twitter-də reklamını böyük miqyasda dayandırdığını vurğulayaraq, “Amerikada söz azadlığına nifrət edirlər?" – deyib.
O, Apple şirkətinin onu hədələdiyini bildirib:
"Apple, Twitter-i App Store-dan silməklə hədələyir, lakin bunun səbəbini açıqlamırlar".
Mask, daha sonra internet mem paylaşaraq, Apple ilə müharibə apardığını bəyan edib.