Ukraynada 6655 mülki şəxs həlak olub - BMT

10:28 - 29 Noyabr 2022

Ukraynada 6655 mülki şəxs həlak olub - BMT

Rusiyanın hərbi təcavüzü nəticəsində Ukraynada 6655 mülki şəxs ölüb. AzVision.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi məlumat yayıb.

 

Manset.az xbər verir ki, bu dövrdə 10 368 mülki şəxsin yaralanıb.

Ümumilikdə 17023 nəfər həlak olub və yaralanıb.

Ölənlərdən 2601-i kişi, 1783-ü qadın, 173-ü qız və 209-u oğlandır. Bundan başqa, cinsiyyəti hələ məlum olmayan 37 uşaq və 1852 böyük də ölən mülkilər arasındadır.

Qeyd olunur ki, insanların əksəriyyəti ağır artilleriya, çoxsaylı reaktiv sistemlər və hava zərbələri nəticəsində həlak olub.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin