DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

10:00 - 29 Noyabr 2022

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz bildirib.

Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin