<

İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşdilər

09:40 - 29 Noyabr 2022

İranlı futbolçuların ailələri ABŞ-la oyundan əvvəl təzyiqlərlə üzləşdilər

İranlı futbolçuların yaxınları Qətərdə keçirilən dünya çempionatında ABŞ-la III turun oyunundan əvvəl yerli hakimiyyət tərəfindən təzyiqlərlə üzləşiblər.

 

Manset.az xəbər verir ki, bu barədə CNN müxbiri Sem Kili iddia irəli sürüb.

Onun sözlərinə görə, iranlı oyunçular özlərini "düzgün aparmasalar", onların qohumları həbs və işgəncə ilə hədələniblər.

İslam İnqilabı Keşikçilərinin futbolçuları izlədiyi də bildirilib. Onlara yığmanın düşərgəsindən kənara çıxmaq və əcnəbilərlə görüşmək qadağan edilib.

Qeyd edək ki, İran-ABŞ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Asiya təmsilçisinə qrupdan çıxmaq üçün heç-heçə də sərf edir.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin