“Azərsu” maşını qəza törətdi: Ölən var

09:24 - 29 Noyabr 2022

“Azərsu” maşını qəza törətdi: Ölən var

Azərsu ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsi ərazisində baş verib.

Belə ki, qəsəbələrarası su xətlərinin çəkilməsi ilə əlaqədar ərazidə işləyən ASC-yə məxsus Əliəkbər Şıxıyevin idarə etdiyi avtomobili geriyə hərəkət edən zaman 68 yaşlı Atlas Əsədovanı vuraraq öldürüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin