Leyla Abdullayeva Fransa XİN-in departament direktoru ilə görüşdü- FOTO

23:40 - 28 Noyabr 2022

Leyla Abdullayeva Fransa XİN-in departament direktoru ilə görüşdü- FOTO

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru Frederik Mondoloni arasında görüş olub.

 

Manset.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat tviterdə bildirib.

“Bu gün Fransa Xarici İşlər Nazirliyinin Kontinental Avropa departamentinin direktoru cənab Frederik Mondoloni ilə açıq, səmimi və əhatəli dialoqumuz olub. Bu görüş və açıq fikir mübadiləsinə görə Mondoloniyə təşəkkürümü bildirirəm”, - L. Abdullayeva sosial şəbəkədə qeyd edib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin