Talibandan qaçan əfqan qızın kömək istəyi ürək dağladı - VİDEO

18:18 - 18 Avqust 2021

Talibandan qaçan əfqan qızın kömək istəyi ürək dağladı - VİDEO

Taliban hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan xalqı ölkəni tərk etmək üçün hər cür səy göstərir.

Hava limanına axın edən insanların bəziləri öz vətəndaşlarını götürməyə gələn təyyarələrdən yapışaraq ölkədən çıxmağa çalışarkən həyatlarını itirirlər.

Manşet.az xəbər verir ki, müxtəlif yollarla ölkədən çıxmağa çalışan yerli əhalinin görüntüləri sosial mediada yayılır və müzakirə edilir. Bu dəfə sözügedən videolar sırasında əfqan qadınların uçuş zolağında ABŞ əsgərlərindən yalvarmasını əks etdirən görüntülər yer alıb. Belə ki, hərbçilərdən kömək istəyərək onları Talibandan qurtarmasını istəyiblər.

Fidan

ölkə.az

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin