“Son iki gündə Kabil aeroportundan 62 uçuş gerçəkləşdirilib” - Hulusi Akar

17:40 - 18 Avqust 2021

“Son iki gündə Kabil aeroportundan 62 uçuş gerçəkləşdirilib” - Hulusi Akar

Türkiyənin milli müdafiə naziri son iki gündə Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay Beynəlxalq Hava Limanından həyata keçirilən uçuşların sayını açıqlayıb.

Manset.az “Anadolu”ya istinadən xəbər verir ki, nazir bu mövzuda Türkiyənin NATO ilə koordinasiya şəraitində çalışdığını vurğulayıb.

“Son iki gündə Kabil aeroportundan 62 uçuş gerçəkləşdirilib. Biz Kabil aeroportu ilə bağlı niyyətimizi başlanğıcdan ifadə etmişik. Bizim məqsədimiz bütün Əfqanıstan üçün önəmli olduğuna inandığımız hava limanının fəaliyyətini davam etdirməsi, bütün ölkəyə xidmət etməsidir. Məqsədimiz 6 ildir etdiyimiz kimi, texniki və inzibati baxımdan aeroportun idarəçiliyini həyata keçirməkdir. Bu məqsəd üçün NATO, ABŞ və digər ölkələrlə bölgədə koordinasiyanı davam etdiririk”, - nazir söyləyib.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin