ABŞ İran bayrağını dəyişdirdi - Dünya Çempionatına qadağa çağırışı (FOTO)

11:52 - 28 Noyabr 2022

ABŞ İran bayrağını dəyişdirdi - Dünya Çempionatına qadağa çağırışı (FOTO)

İranın dövlət mediası sosial şəbəkələrdə İran bayrağının şəklini dəyişdirən paylaşıma görə ABŞ milli futbol komandasının 2022-ci il dünya çempionatından kənarlaşdırılmasını istəyir.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Kişi Milli Futbol Komandası (USMNT) artıq silinmiş tviter paylaşımında İslam Respublikasının gerbi olmayan, təhrif edilmiş İran milli bayrağının əks olunduğu qrafik yerləşdirib.

Bu barədə İranın dövlət xəbər agentliyi “Tasim”də, "ABŞ futbol komandası öz rəsmi hesabında İran İslam Respublikasının bayrağının təhrif olunmuş şəklini yerləşdirməklə FİFA-nın nizamnaməsini pozub, burada müvafiq cəza 10 oyunluq uzaqlaşdırmadır. ABŞ komandası dünya çempionatından kənarlaşdırılmalıdır”- bildirilib.

 

 



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin