Zelenski Ukraynaya medal qazandıran azərbaycanlı idmançı ilə görüşdü

14:24 - 18 Avqust 2021

Zelenski Ukraynaya medal qazandıran azərbaycanlı idmançı ilə görüşdü

Ukrayna millisini təmsil edən yunan-Roma güləşçisi Pərviz Nəsibov bu ölkənin prezidenti Vladimir Zelenski ilə görüşüb.

Manset.az xəbər verir ki, bu barədə azərbaycanlı idmançı özü məlumat verib.

"Hörmətli Prezident Vladimir Zelenskinin qəbulunda olduq. Sizinlə şəxsən tanış olmaq mənim üçün böyük şərəf idi! Səmimi qəbula və zəhmətimizə layiqli qiymət verildiyinə görə Zelenskiyə təşəkkür edirəm. İnanıram ki, sizin sayənizdə ölkəmizin parlaq gələcəyi və firavanlığı təmin ediləcək".

Qeyd edək ki, 23 yaşlı Pərviz Nəsibov Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin