Azərbaycanda qaz limitini keçməyən abonentlərin sayı AÇIQLANDI

21:49 - 25 Noyabr 2022

Azərbaycanda qaz limitini keçməyən abonentlərin sayı AÇIQLANDI

“Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 58,8 faiz abonent qaz sərfiyyatında 1 200 kubmetrlik limiti keçməyib”.

 

Manset.az xəbər verir ki, bu sözləri “Azəriqaz”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı deyib.

“Bu da 1 milyon 441 min abonent deməkdir. Göstərici kifayət qədər normal rəqəmdir və ötən ilin eyni dövrü ilə müqayisədə xeyli miqdarda fərq var”, - deyə E.Vəliyev vurğulayıb.

Şöbə rəisi qeyd edib ki, bu nəticəyə “Azəriqaz”ın qaz kəmərlərinin, xətlərinin yenilənməsi və dəyişməsi, həmçinin qaz sızmalarının qarşısının alınması ilə bağlı gördüyü işlər də daxildir:

“Azəriqaz” əhaliyə normal təzyiqli qazın verilişini təmin edir ki, bu da hər hansı itkilərin qarşısının alınmasına səbəb olan amillərdən biridir”.


Xəbər xətti

27 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin