Şəmkir sakini qohumuna tüfənglə ATƏŞ AÇDI

19:47 - 24 Noyabr 2022

Şəmkir sakini qohumuna tüfənglə ATƏŞ AÇDI

Şəmkirdə qohumunun qətlə yetirmək istədiyi şəxs son anda xilas olub.

 

Manset.az xəbər verir ki, hadisə Yenihəyat kəndində baş verib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov faktı təsdiq edərək bildirib ki, bu gün 1984-cü il təvəllüdlü Nurlan Məhərov şəxsi münasibətlər zəminində qohumu və həmkəndlisi, 1986-cı il təvəllüdlü Elsevər Məsimova xuliqanlıq niyyəti ilə ov tüfəngindən atəş açsa da, sonuncu heç bir xəsarət almayıb:

“Hadisə yerindən yayınan Nurlan Məhərov Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Fakla bağlı rayon Polis şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin