<

Portuqaliya Qanaya qalib gəldi - YENİLƏNİR

22:13 - 24 Noyabr 2022

Portuqaliya Qanaya qalib gəldi - YENİLƏNİR

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başa çatıb.

 

Manset.az xəbər verir ki, qarşılaşma Portuqaliyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.

***

Qarşılaşmanın 89-cu dəqiqəsində Qananın futbolçusu Bukari hesab arasındakı fərqi azaldıb - 3:2.

***

80-ci dəqiqədə isə Rafael Leao Portuqaliyanı hesabı 3:1-ə çatdırıb.

***

Portuqaliya 3-cü qolu vurur. Rafael Leao 80-ci dəqiqədə fərqlənir. 

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda hesab açılıb. 

Manset.az xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Portuqaliyanın superulduzu Ronaldu fərqlənib - 1:0.

O, özünə qarşı cərimə meydançası daxilində edilmiş kobudluğa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirib. 

***

Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyununda ikinci hissə başlayıb.

Manset.az xəbər verir ki, ilk yarıdan sonra qarşılaşmada hesab açılmayıb - 0:0.

***

Portuqaliya - Qana qarşılaşmasında ilk hissə qolsuz bərabərliklə yekunlaşıb.

***

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

***

Portuqaliya - Qana matçının heyətləri:

Portuqaliya: Dioqu Koşta, Rafael Gerreyro, Danilo Pereyra, Joau Kanselu, Ruben Diaş, Ruben Neveş, Brunu Fernandeş, Bernardu Silva, Joau Feliks, Otavio Monteyro, Kriştiano Ronaldo

Qana: Lourens Ati-Zigi, Əbdül-Rəhman Baba, Məhəmməd Salisu, Daniel Amarti, Aleksander Ciku, Alidu Seydu, Məhəmməd Kudus, Tomas Parti, Salis Əbdül Səməd, Andre Ayyu, İnyaki Uilyams

***

Bu gün dünya çempionatının H qrupunda mübarizəyə start veriləcək.

Manset.az xəbər verir ki, turnirin favoritlərindən Portuqaliya Qana ilə qarşılaşacaq. Matçın start fiti saat 20:00-da veriləcək.

DÇ-2022

H qrupu

1-ci tur

Portuqaliya - Qana


Digər xəbərlər

Xəbər xətti

29 Noyabr 2022