<

Bakıda evdə yanğın hadisəsi: Ölən və yaralanan var

18:32 - 24 Noyabr 2022

Bakıda evdə yanğın hadisəsi: Ölən və yaralanan var

Bakı şəhərinin Səbail rayonunda evdə yanğın olub.

 

Manset.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 58 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 24 m² sahədə, bir otağının taxtadan ibarət tavanı 17 m² sahədə və dam örtüyünün taxta atmaları 48 m² sahədə, bitişik, ümumi sahəsi 8 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili 5 m² sahədə yanıb.

Yüksək temperaturdan evin digər otağının tavanı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin və köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

 


Xəbər xətti

29 Noyabr 2022