"Özünü öldürmə cinayətlərində azalma var"- Baş Prokuror

18:15 - 24 Noyabr 2022

\"Özünü öldürmə cinayətlərində azalma var\"- Baş Prokuror

Baş Prokuror intiharlarla bağlı xəbərlərin yayılmasına münasibət bildirib.

 

Manset.az xəbər verir ki, Baş Prokuror Kamran Əliyev Elmi Məsləhət Şurasının iclasında bildirib ki, bəzi hallarda məlumatlar düzgün işıqlandırılmır: "Bu halların geniş, təfərrüatları ilə işıqlandırılması intihar hallarının çoxalmasına gətirib çıxarır. Biz bir müddət əvvəl jurnalistlərlə görüş təşkil etdik. Bu cür xəbərlərin yayılmasının qarşısının alınması ilə bağlı müzakirələr apardıq. Bu, öz nəticəsini verdi. Ötən ilin birinci yarım ili ilə müqayisədə 30-50 fakt azalma qeydə alınıb. Mətbuat artıq bu xəbərlərə həssaslıqla nümayiş etdirir".


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az