Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? - VİDEO

17:16 - 24 Noyabr 2022

Azərbaycan-Gürcüstan sərhədində nə baş verir? - VİDEO

Azərbaycanla Gürcüstan arasındakı “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin Gürcüstan tərəfində böyük növbələr yaranıb. 

 

Manset.az xəbər verir ki, Baku TV-nin əməkdaşları sərhəddə olub, tıxacın səbəbini araşdırıblar.

Günlərdir ki, növbələrdə gözləyən sürücülər böyük çətinliklərlə üzləşdiklərini deyiblər. Onlar sıxlığa səbəbin digər sərhəd-keçid məntəqələrində yaranan problemlə bağlı olduğunu bildiriblər. Bu üzdən əksər sürücülər “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə üz tutublar ki, bu da nəticədə yük maşınlarının artmasına səbəb olub.

Məsələ ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo-Kartli bölgəsi üzrə polis departamentinin mətbuat xidmətindən isə bildirilib ki, onlarda sıxlığın yaranması ilə bağlı hər hansı məlumat yoxdur.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin