<

70 min universitet işçisi 3 günlük tətilə başladı

17:08 - 24 Noyabr 2022

70 min universitet işçisi 3 günlük tətilə başladı

İngiltərədə 70 mindən çox universitet işçisi maaş, təqaüd və iş şəraiti ilə bağlı fikir ayrılıqlarına görə üç günlük tətilə başlayıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tələbələrin Milli Birliyi də ölkə üzrə 150 ​​universitetin 70 mindən çox professor-müəllim heyəti, tədqiqatçı, kitabxanaçı və digər əməkdaşların təşəbbüsü ilə keçirilən tətili dəstəkləyib.

Universitet və Kolleclər Birliyinin (UCU) Baş katibi Co Qreydi, bunu "ali təhsil tarixindəki ən böyük tətil aksiyası" olaraq xarakterizə edərək, 2,5 milyon tələbənin tətildən təsirlənə biləcəyini təxmin etdiklərini söyləyib.

Qreydi universitet işçilərinin inflyasiyadan və pensiyaların kəsilməsindən bezdiyini vurğulayaraq, işçilərin narahatlıqları təcili həll edilmədiyi təqdirdə gələn il daha böyük addımların atılacağı ilə bağlı xəbərdarlıq edib.

Universitet əməkdaşlarının tətili noyabrın 25 və 30-da davam edəcək.

Şotlandiyadan da müəllimlər maaş mübahisəsinə görə tətilə qoşulublar.


Digər xəbərlər

Xəbər xətti

29 Noyabr 2022