<

Uruqvay - Cənubi Koreya oyunu qolsuz heç-heçə ilə başa çatdı- YENİLƏNİR

19:05 - 24 Noyabr 2022

Uruqvay - Cənubi Koreya oyunu qolsuz heç-heçə ilə başa çatdı- YENİLƏNİR

Qətərdə keçirilən dünya çempionatının H qrupunda I tura start verilib.

 

Manset.az xəbər verir ki, qrupun ilk matçında Uruqvay millisi Cənubi Koreya yığması ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə yekunlaşıb - 0:0.

Bu nəticədən sonra kollektivlər hərəyə 1 xalla hələlik ilk iki sıranı bölüşdürür.

Qeyd edək ki, H qrupunun digər qarşılaşmasında Portuqaliya seçməsi Qana ilə münasibətlərinə aydınlıq gətirəcək.

***

Uruqvay - Cənubi Koreya qarşılaşmasında ikinci hissə start götürüb. 

***

İlk hissə başa çatdı

***

Matç başladı

***

Heyətlər:

Uruqvay: Serxio Roçet, Rodriqo Bentankur, Martin Kaseres, Xose Mariya Ximenes, Dieqo Qodin, Darvin Nunyes, Matias Oliveyra, Fakundo Pelyistri, Luis Suares, Federiko Valverde, Matias Vesino

Cənubi Koreya: Kim Sin Kyü, Hvan İn Bom, Hvan Ui Çjo, Çon U Yen, Kim Çjin Su, Kim Min Je, Kim Mun Xvan, Kim Yon Qvon, Li Ce Son, Na San Ho, Son Xın Min

***

Dünya çempionatının H qrupunda da mübarizəyə start veriləcək.

Manset.az xəbər verir ki, qrupun açılış matçında Uruqvayla Cənubi Koreya üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da başlayacaq.

DÇ-2022

H qrupu

1-ci tur

Uruqvay – Cənubi Koreya


Xəbər xətti

29 Noyabr 2022