<

Ukrayna Futbol Federasiyasının prezidenti çirkli pulların yuyulmasında ittiham olunur

16:08 - 24 Noyabr 2022

Ukrayna Futbol Federasiyasının prezidenti çirkli pulların yuyulmasında ittiham olunur

Ukrayna Futbol Federasiyasının (UAF) prezidenti Andriy Pavelko dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna polisi çərşənbə axşamı Pavelkoya onun vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulması ittihamı ilə prokurorluğa çağırıldığına dair sənəd təqdim edib.

İttiham Birləşmiş Ərəb Əmirliklərində UAF-nin SDT-yə həddindən artıq ödəmələri ilə bağlı 4 illik istintaqın bir hissəsidir.

SDT Ukraynanın ilk süni ot örtüyü istehsalı müəssisəsinin yaradılması üçün UAF ilə işləyirdi. Pavelkonun bu şirkət vasitəsilə pulları yuduğu iddia edilib.

UAF-nin vəkili Denis Buqay, SDT-nin artıq ödənildiyini təsdiqləyərək, bu pulun sonradan UAF tərəfindən geri alındığını bildirib.

O, 2015-ci ildən UAF rəhbəri olan Pavelkoya qarşı ittihamların həqiqətə uyğun olmadığını müdafiə edib.

UAF-dan verilən açıqlamada, iddialarla bağlı əvvəlki araşdırmada Pavelkonun təqsirli olmadığı bəyan edilib.

 

 


Xəbər xətti

29 Noyabr 2022