Rusiya parlamenti böyüklər üçün “LGBT təbliğatını” qadağan edən qanunu təsdiqlədi

15:00 - 24 Noyabr 2022

Rusiya parlamenti böyüklər üçün “LGBT təbliğatını” qadağan edən qanunu təsdiqlədi

Rusiya parlamenti uşaqlara qarşı “LGBT təbliğatını” qadağan edən qanunu bütün yaş qruplarını əhatə edəcək şəkildə genişləndirən qanunun üçüncü və son variantını təsdiqləyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yeni qanuna əsasən, vebsaytlarda, filmlərdə, kitablarda, reklamlarda və ya ictimai yerlərdə homoseksuallığı təbliğ edən hər hansı hadisə və ya hərəkət böyük cərimələrə məruz qala bilər.

Qanuna əsasən, fiziki şəxslər üçün 400 min rubla (6,6 min dollar), qurumlar üçün isə 5 milyon rubla (82,1 min dollar) qədər cərimə tətbiq edilə bilər. Xaricilər isə 15 günə qədər həbs və deportasiya ilə üzləşə bilər.

Müxaliflər iddia edirlər ki, bu addım artıq mövcud qanunlardan istifadə etməklə gey-paradların qadağan edildiyi və gey hüquqları fəallarının həbs edildiyi Rusiyada cinsi azlıqları daha da qorxutmaq və onlara təzyiq etmək üçün hakimiyyət tərəfindən atılıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin