Lerik meşəsində 100-dən çox ağac qanunsuz kəsildi

13:52 - 24 Noyabr 2022

Lerik meşəsində 100-dən çox ağac qanunsuz kəsildi

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bakı şəhəri, Cəlilabad və Lerik rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

 

Baş Prokurorluqdan Manset.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Bakı şəhəri, Səbail rayonunda abadlaşma işləri aparılarkən şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə meşə fonduna daxil olmayan, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Cəlilabad rayonu ərazisində, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Lerik rayonu ərazisində meşə fonduna daxil olan ümumilikdə 107 ədəd ağacın kəsilməsi nəticəsində ekosistemə 7 min manatdan çox ziyan vurulub.

Fakt üzrə Cinayət Məcəlləsinin 259.1 və 259.2.3-cü maddələri ilə (qanunsuz ağac kəsmə) cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilmiş, həmçinin ziyanın ödənilməsinin təmin ediləsi üçün zəruri tədbirlər görülüb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin