DİN rəsmisindən xanım sürücülərə XƏBƏRDARLIQ

13:37 - 24 Noyabr 2022

DİN rəsmisindən xanım sürücülərə XƏBƏRDARLIQ

"Sürücülərin, xüsusilə xanım sürücülərin diqqətinə! Yolayrıclarında, parkinq və dayanacaqlarda şəxsi əşyalarınızı  avtomobilin görünən yerlərində - oturacaqların üstündə saxlamayın".

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

DİN rəsmisi bildirib ki, bu hal, həmin əşyaların talanması ilə nətilənə bilər:

"Avtomobildən düşərkən qapıları və şüşələri bağlamağı unutmayın. Avtomobilləri  işıqlandırılan, müşahidə kameralarının olduğu küçə və mühafizə olunan dayanacaqlarda saxlamağa üstünlük verin".


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin