<

Ermənistanda DİN yaradılır

12:58 - 24 Noyabr 2022

Ermənistanda DİN yaradılır

Ermənistan hökuməti ölkədə Daxili İşlər Nazirliyinin yaradılması barədə qərar qəbul edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin bu gün keçirilən iclasında qərar verilib.

Məlumata görə, nazirliyin tərkibinə üç qurum -  Polis Xidməti, Xilasetmə Xidməti və Miqrasiya Xidməti daxil ediləcək.

Bununla yanaşı, ölkənin Fövqəladə Hallar Nazirliyinin ləğv ediləcəyi qeyd olunub.

Bununla belə, Ermənistan hökumətinin sözügedən qərarı parlament və ölkə Prezidenti tərəfindən təsdiq olunmalıdır.


Xəbər xətti

29 Noyabr 2022