<

Yeni ildə ardıcıl 5 gün iş olmayacaq

12:44 - 24 Noyabr 2022

Yeni ildə ardıcıl 5 gün iş olmayacaq

 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq.

 

Manset.az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1-2 yanvar Yeni illə bağlı bayram günləri elan edilib.

Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

Müvafiq olaraq, 2022-ci il 31 dekabr və 2023-cü il 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən qanunvericiliyə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 2023-cü il 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Bu hesabla, Yeni il bayramında ardıcıl 5 gün qeyri-iş günü olacaq.


Digər xəbərlər

Xəbər xətti

29 Noyabr 2022