Bakıda atası tərəfindən bıçaqlanan 2 yaşlı körpənin son durumu - RƏSMİ

12:17 - 24 Noyabr 2022

Bakıda atası tərəfindən bıçaqlanan 2 yaşlı körpənin son durumu - RƏSMİ

Səbail rayonunda 2 yaşlı övladını və qaynanasını bıçaqlayan, daha sonra isə özünün boğaz nahiyyəsinə bıçaqla xəsarət yetirən şəxs və digərləri Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
 

Manset.az xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu verib. Onun sözlərinə görə ötən gecə saat 21:00 radələrində Mərkəzə yerləşdirilən 2020-ci il təvəllüdlü körpə hazırda Reanimasiya şöbəsindədir və vəziyyəti kafi qiymətləndirilir.

1976-cı il təvəllüdlü qadının yaraları isə yüngül olduğu üçün (Sol əlinin kəsilmiş yaraları) ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisəni törətdikdən sonra özünün boğaz nahiyyəsinə xəsarət yetirdiyi bildirilən 1990-cı il təvəllüdlü şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlərlə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb.

Qeyd edək ki, noyabrın 23-də saat 20 radələrində Y.Mürsəlov küçəsində evlərin birində Yevlax rayon sakini 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin