"Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir" - Zaxarova
19 Aprel 2024
12:24 - 24 Noyabr 2022
ABŞ dövlət katibi Antoni Blinken Amerika ordusunun inventarından Ukraynaya 400 milyon dollarlıq əlavə hərbi yardım verəcəklərini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Blinkenin bəyanatında deyilir:
“Birləşmiş Ştatlar Kremlin kritik enerji infrastrukturuna qəddar hücumları da daxil olmaqla, Ukraynanın özünü müdafiə etməsinə kömək etmək üçün əlavə hərbi yardımla Ukraynaya dəstəyini davam etdirir”.
Prezident Co Baydenin verdiyi səlahiyyətə əsaslanaraq 26-cı dəfə silah və texnikanı ABŞ inventarından çıxaracaqlarını ifadə edən Blinken, Müdafiə Nazirliyinin inventarından çıxarılan 400 milyon dollarlıq paketin içərisində əlavə silah, sursat və hava hücumundan müdafiə vasitələri olduğunu ifadə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin