Hava yenidən dəyişəcək - Rayonlara dolu düşəcək
19 Aprel 2024
11:39 - 24 Noyabr 2022
ASAPES SABAH qrupunun məşqçilik ixtisası üzrə təhsil alan tələbələri SİN-nin nəzəriyyəsi və metodikası-3 (boks) fənnini tədris edən İdmanın təkmübarizlik növləri kafedrasının müdiri Qalib Əbiyevlə birlikdə Azərbaycan Boks Federasiyasında olublar.
Manset.az xəbər verir ki, ABF-nin Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Emil Qurbanəliyev noyabrın 20-27-də keçirilən boks üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyini izləyən tələbələrimizə yarışların təşkili və keçirilməsi, hakimlik sistemində olan son dəyişikliklər, eləcə də idmançı, məşqçi və hakimlərin yarışın açılış-bağlanış mərasiminə hazırlanması ilə bağlı zəruri məlumatları çatdırıb.
Tələbələrimiz həmçinin yığma komandanın təlim-məşq bazası, ABF-in idman muzeyi ilə də yaxından tanış olublar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin