<

Əməkdar artist toyda kişi həmkarını döydü - VİDEO

10:59 - 24 Noyabr 2022

Əməkdar artist toyda kişi həmkarını döydü - VİDEO

Əməkdar artist Sevinc Sarıyeva açıqlaması ilə bütün diqqətləri üzərinə çəkib. 

 

Manset.az xəbər verir ki, "7 canlı" verilişinə qonaq olan ifaçı illər əvvəl toylardan birində başına gələn hadisədən danışıb. Sənətçi kişi həmkarlarından biri ilə mübahisə etdiyini və onu döydüyünü etiraf edib:

"Toyların birində belə bir hadisə baş vermişdi. Çoxdan olub. Məşhur kişi həmkarımla aramda dava oldu. İş o yerə çatdı ki, onu döydüm. Polis gəldi. Dedim ki, onu mən döymüşəm, yaxşı eləmişəm. Sonra məndən üzr istədi, onu bağışladım. Barışdıq. Biz bir çox məclislərdə oluruq. Orada mənim həmkarlarımla olan münasibəti tamaşaçı kənardan görüb hər cürə qiymət verə bilər. Kişi həmkarımla olan dava da, kobud davranış mənə qarşı deyil, başqa bir xanım ifaçıya qarşı olmuşdu".

Ətraflı videoda:


Digər xəbərlər

Xəbər xətti

29 Noyabr 2022