"Volmart"ın müdiri əməkdaşlarına atəş açdı: 6 nəfər öldü

09:37 - 24 Noyabr 2022

\"Volmart\"ın müdiri əməkdaşlarına atəş açdı: 6 nəfər öldü

ABŞ-ın Virciniya ştatında “Volmart” (“Walmart”) mağazasının müdiri Andre Binq şirkət əməkdaşlarına atəş açıb.

 

Manset.az Axar.az-a istinadən xəbər verir ki, o 6 nəfəri öldürüb, sonra isə özünü güllələyib.

Ölənlər arasında 16 yaşlı yeniyetmə də var.

Hadisə zamanı azı 4 nəfər də yaralanıb. Ümumilikdə mağazada 50-yə yaxın adam olub.

Hadisəni törədən şəxsin həmkarları onun əvvəllər də qəribə və bəzən də hədələyici davranışlar sərgilədiyini bildiriblər.

Eyni zamanda, daha öncə A. Binqin hökumətin onu izləməsindən narahatlığını ifadə edən paranoyak fikirlər səsləndirdiyi qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az