Azərbaycanda AĞIR QƏZA: 4 nəfər xəsarət aldı - FOTO

09:04 - 24 Noyabr 2022

Azərbaycanda AĞIR QƏZA: 4 nəfər xəsarət aldı - FOTO

Lənkəranda avtomobillər toqquşub, 4 nəfər xəsarət alıb.

Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə Lənkəran – Boradigah yolunun Lənkəran rayonun Şağlaser kəndi ərazisində baş verib.

Belə ki, rayonun Xarxatan kənd sakini 1997-ci il təvəllüdlü Fəqani İlham oğlu Ağazadənin idarə etdiyi “Mercedes” markalı avtomobil Lənkəran rayonunun Tükəvilə kənd sakini 1972-ci il təvəllüdlü Zahid Mirzəyevə məxsus “Mercedes” markalı minik avtomobili ilə toqquşub və yol kənarındakı obyektlətə çırpılıb.

Nəticədə sürücü və sərnişinlər qismində - 2005-ci il təvəllüdlü Hiccət Ələmdar oğlu Sadıqov, 2001-ci il təvəllüdlü Nurlan Əmin oğlu Səmədov, 1999-cu il təvəllüdlü Hüseynəli Xudayar oğlu Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılardan sürücü Fəqani Ağazadənin vəziyyətinin daha ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin