Zelenski BMT-nin TƏCİLİ iclasını çağırdı

23:30 - 23 Noyabr 2022

Zelenski BMT-nin TƏCİLİ iclasını çağırdı

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya raket hücumlarından sonra Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasından fövqəladə iclas keçirməsini tələb edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski bu qərara Rusiyanın Ukraynaya raket hücumundan sonra gəlib.

“Rusiyanın hücumlarından sonra BMT-dəki daimi nümayəndəmizə təcili olaraq BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı  tələb etmişəm”, - deyə Zelenski bildirib.

O, qeyd edib ki, mülki əhalinin öldürülməsi və infrastrukturun dağıdılması terror aktıdır.

“Ukrayna beynəlxalq ictimaiyyətdən bu cinayətlərə görə qəti cavab tələb edir”.

 


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin