Serbiyadan İlham Əliyevə jest: Qırıcılar havaya qaldırıldı - FOTO

23:15 - 23 Noyabr 2022

Serbiyadan İlham Əliyevə jest: Qırıcılar havaya qaldırıldı - FOTO

Serbiya hakimiyyəti Prezident İlham Əliyevi xüsusi hörmətlə qarşılayıb.

 

Manset.az “Caliber”ə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin təyyarəsini müşayət etmək üçün Serbiya öz qırıcılarını səmaya qaldırıb.

Bununla yanaşı, hava limanında İlham Əliyevi serbiyalı həmkarı Aleksandr Vuçiç şəxsən qarşılayıb.

Qeyd edək ki,  İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb. Dövlət başçısını Serbiya Prezidenti özü yola salıb.

 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin