Belçika Kanadaya qalib gəldi - YENİLƏNDİ

00:58 - 24 Noyabr 2022

Belçika Kanadaya qalib gəldi - YENİLƏNDİ

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçı başa çatıb. 

Manset.az xəbər verir ki, oyun Belçikanın 1:0 üstünlüyü ilə yekunlaşıb.

00:17

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçında ikinci hissə başlayıb. 

Manset.az xəbər verir ki, oyunun ilk 45 dəqiqəsi Belçikanın 1:0 üstünlüyü ilə başa çatıb. 

23:56

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçında ilk hissə başa çatıb. 

Manset.az xəbər verir ki, oyunun ilk 45 dəqiqəsi Belçikanın 1:0 üstünlüyü ilə başa çatıb. 

***

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçında hesab açılıb. 

Manset.az xəbər verir ki, matçın 44-cü dəqiqəsində Miçi Batşuay Belçikanı önə çıxaran qola imza atıb. 

***

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunun Belçika - Kanada matçında ikincilər penaltidən yararlana bilməyib. 

Manset.az xəbər verir ki, matçın 10-cu dəqiqəsində belçikalı Karraskonun cərimə meydançasında əllə oynamasından sonra təyin olunan penalti zərbəsini Alfonso Deyvis boşa verib.

Onun zərbəsini Belçikanın qapıçısı Tibo Kurtua qaytarıb.   

***

Qətərdə keçirilən dünya çempionatının F qrupunun ilk turunda Belçika - Kanada matçı başlayıb. 

Manset.az xəbər verir ki, oyunda hesab açılmayıb. 

***

Bu gün dünya çempionatının F qrupunda ilk tura yekun vurulacaq.

Manset.az xəbər verir ki, Belçika Kanada yığması ilə üz-üzə gələcək.

F qrupu

1-ci tur

Belçika - Kanada

Oyun saat 23:00-da başlayacaq.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin