“Eurovision 2023” Mahnı Müsabiqəsində qaydalar dəyişdirildi - VİDEO

00:07 - 23 Noyabr 2022

“Eurovision 2023” Mahnı Müsabiqəsində qaydalar dəyişdirildi - VİDEO

Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Eurovision 2023” Mahnı Müsabiqəsi üçün səsvermə sistemində əsaslı dəyişikliklər edilib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, bundan sonra hansı ölkələrin yarımfinala yüksələcəyini tamaşaçıların səsləri müəyyən edəcək. Həmçinin,

- İştirakçı olmayan ölkələrdən olan tamaşaçılar onlayn səsvermədə iştirak edə biləcəklər;

- Yekun nəticəni müəyyən etmək üçün münsiflər heyətinin səsləri qlobal auditoriyanın səsləri ilə birləşdiriləcək;

- Gələn il yarımfinala yüksələn ölkələr 2009-cu ildən bəri olduğu kimi münsiflər heyəti və ictimai səslərin kombinasiyası əsasında deyil, yalnız tamaşaçıların səsləri əsasında müəyyən ediləcək;

- Musiqi sənayesinin peşəkar münsiflər heyəti Böyük Finalda qalacaq, lakin yarımfinaldan kimin oraya çatacağına tam nəzarət tamaşaçıların ixtiyarına verilib.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin