"Fərhad Əhmədovu qandallayıb aparmayıblar" - Köməkçisindən sərt AÇIQLAMA

17:44 - 22 Noyabr 2022

\"Fərhad Əhmədovu qandallayıb aparmayıblar\" - Köməkçisindən sərt AÇIQLAMA

Xəbər verdiyimiz kimi azərbaycanlı məşhur iş adamı Fərhad Əhmədovun saxlanılması haqda xəbərlər dərc edilib. Onun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanıldığı, ölkəni tərk etməmək tapşırığı aldığı bildirilirdi.

 

Məsələ ilə bağlı Manset.az-a açıqlama verən Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

 

"Bəli, Fərhad müəllim şahid qismində DTX-ya dəvət olunub. Yəni, Fərhad müəllimi qandanlayıb aparmayıblar. Nüfuzlu adam kimi dəvət ediblər. Onunla söhbət Babək Səmidlinin yayılan səs yazısı məsələsi ilə bağlı olub. Ancaq, onun saxlanılması, ev dustaqlığına buraxılması haqda xəbərlər yalandır. Fərhad müəllimin hazırda səhhəti də yaxşıdır, Göyçayda işlərinə nəzarət edir. Bir daha deyirəm, onun saxlanılnası qəti yalandır. Biz belə xəbərlərə baxıb gülürük."

 

Xüsusi qeyd: Manşet.az Fərhad Əhmədovla bağlı geniş müsahibə dərc edəcək. Bununla bağlı müsahibəni sabah Manset.az-da izləyə bilərsiz.

Əli VƏLİYEV

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az