İdmançımız Avropa birinciliyində qızıl medal qazandı

22:02 - 17 Avqust 2021

İdmançımız Avropa birinciliyində qızıl medal qazandı

Latviyanın paytaxtı Riqada cüdo üzrə Avropa birinciliyi davam edir.

Manşet.az xəbər verir ki, oğlanların yarışında həlledici mərhələdə rusiyalı Danil Mustafinə qalib gələn Azərbaycan cüdoçusu Xəyal Həsənov (50 kq) qitə birinciliyində qızıl medal qazanıb.

Onunla eyni çəkidə mübarizə aparan Babarəhim Mirzəyev (50 kq) isə Türkiyə təmsilçisi Mehmet Şahın Ertemi məğlub edərək bürünc medala sahib olub.

Avropa birinciliyi avqustun 19-dək davam edəcək.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin