COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
12:08 - 18 Noyabr 2022
6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Müasir informasiya texnologiyalarının ən səmərəli vasitələrindən biri informasiya sisteminin qurulmasıdır. Cəmiyyətin demokratikləşməsi və əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunan bu inkişaf respublikanın beynəlxalq nüfuzunu, müdafiə qüdrətini, iqtisadi potensialını artırmaqla, Azərbaycan dövlətinin qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi çıxış etməsinə və inkişaf etmiş ölkələr sırasına daxil olmasına möhkəm zəmin yaratmışdır.
Dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edib. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı ölkələr dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. İndi cəmiyyətimizi informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür etmək qeyri-mümkündür.
Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq indiyə qədər bu istiqamətdə bir sıra addımlar atıb. Hərtərəfli inkişaf prosesi telekommunikasiya və informasiya texnologiyaları sektorunun da inkişafına müsbət təsir göstərmiş və müasir informasiya kommunikasiya texnologiyalarının (bundan sonra İKT) sürətlə inkişaf etdirilməsi dövlətimizin qarşısında duran prioritet vəzifələrdən birinə çevrilib. Ölkəmizdə İKT ilə bağlı bir sıra mühüm tədbirlərin təşkil edilməsi bu sahənin inkişafına xüsusi diqqət yetirilməsinin nəticəsidir.
Ümumilikdə, dövlət idarəçiliyində demokratikliyin, şəffaflığın artırılması, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi üçün istər dövlət orqanları, istərsə də yerli özünüidarə orqanları olan bələdiyyələrin fəaliyyətində İKT-nin tətbiqinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
İKT mütəxəsisi Fərhad Mirəliyev Manset.az-a açıqlamasında bildirib ki, ölkəmizdə İKT sahəsinin daha da inkişaf etdirmək üçün müəyyən tədbirlər görülməlidir:
“Mən düşünürəm ki, qlobal, nəhəng dünyanın İKT şirkətlərinin Azərbaycanda nümayəndəliklərinin açılmasına nail olmaq lazımdır. Xüsusən də, indiki dövrdə işğaldan azad olunmuş torpaqlarda iri, nəhəng şirkətlərin nümayəndəlikləri açılsa, bu, orada həm texnologiyanın inkişafı, həm həyata təkan verilməsində müsbət bir amil kimi ola bilər”.
Mütəxəsis hesab edir ki, nəhəng beynəlxalq şirkətlərin uğurlarının ən böyük səbəbi startaplara verdiyi dəyərdir:
“Bizdə o startaplar məsələsi maliyyələşməmi deyək, dəstəkmi deyək, az olduğundan startapların uğur faizi deyilən bir məsələ var. Yəni startaplar çox kiçik faizdə uğurlu çıxır. Amma buna baxmayaraq, məsələn, ABŞ-da o startaplara çox böyük maliyyə dəstəyi olur. Onlar sona qədər uğurlu-uğursuz olmasından asılı olmayaraq dəstəklənir. Əlbəttə ki, bu qədər sayda dəstəklənən startapların içərisində uğurlu startaplar artıq böyük bir layihələrə çevrilir. Onların sponsorları yaranır, səhmləri olur. Artıq bazarlara çıxırlar. Yəni hər bir nəhəng şirkətin keçmişinə baxsaq görərik ki, başlağıcda sadəcə bir startap olub. Bizdə də bu istiqamətdə təəssüf ki, hansısa texnologiyalara, layihələrə, startaplara pul yatıranda ilk olaraq düşünülür ki, "bundan mənə nə qədər mənfəət geri qayıdacaq". Bu da normaldır, insanlar çalışırlar özlərini, yatırdıqları məbləği sığortalasınlar. Amma ABŞ-da məsəlçün, avropanın özündə bu startaplarda yatırım olunanda nisbətən loyallıq olur ki, bəli, mənim yatırdığım məbləğ mənə geri qayıdarsa daha mənfəətli ola bilər, amma geri qayıtmazsa da, məsələn bu startaplarla məşğul olan adamın digər yatırımları olur. 5-10 lahiyəyə yatırım varsa, bunun 2-si, 3-ü tutacaq və s. Bunlar da böyüyürlər, iri bir layihələr olurlar”.
Fərhad Mirəliyev əlavə edib ki, son dövrlərdə İKT sahəsinə kadrların xarici ölkələrə güclü axını müşahidə olunur:
“Bunlar böyük şirkətlərin dəvəti ilə, yəni buradan frilanc olaraq onlara müraciət edirlər, iş tapırlar, sonra artıq onları dəvət edirlər ki, gəl, səninlə artıq burada işləmək istəyirik. Avropaya köçürlər, Amerikaya köçürlər. Təəssüf ki, bu bir tendensiyadır və bu da ölkədə ixtisaslı və bacarıqlı kadrların azalmasına səbəb olur. Beləliklə də
Azərbaycandan beyin axını köçü baş verir”.
İKT mütəxəsis qeyd edir ki, ölkəmizdə müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən bütün vətəndaşlara e-xidmətlərin göstərilməsi üçün hökümət tərəfindən müəyyən layihələr hazırlanıb.
Mütəxəsisin sözlərinə görə, ölkənin şəbəkələşməsi, vətəndaşların və təşkilatların bir-biri ilə onlayn əlaqələr yaratması, elektron imza texnologiyasının tətbiq olunması elektron dövlətin əlamətləridir:
“Elektron hökumət portalı dövlətin, hökumətin göstərdiyi publik xidmətlərin əlçatanlığının asanlaşdırılması üçün mükəmməl bir həlldir. Maksimum çalışmaq lazımdır ki, insanlarla dövlət qurumları arasında birbaşa təmaslar minimuma ensin və bütün müraciətlərin cavablandırılması, vətəndaşları maraqlandıran bütün məsələlər yalnız bu elektron hökumət portalı vasitəsilə həyata keçirilsin. Bu olarsa, bu, həm ölkədə texnologiyaların inkişafına təkan vermiş olar, avtomatik olaraq bütün cəmiyyət bu istiqamətdə köklənmiş olar ki, mən bunu öyrənməliyəm, bilməliyəm, mən xidmətləri yalnız bu cür ala bilərəm. Həmçinin, təmaslarda olan neqativ halların qarşısını ala bilər. Alınan xidmətlər daha sürətli ola bilər, daha keyfiyyətli ola bilər. Keyfiyyətin qiymətləndirilməsi və ölçülməsi məsələsində burada optimallaşma ola bilər. Nə qədər çox xidmətlər elektron hökumətin üzərinə köçərsə, o qədər daha səmərəlidir”.
Gülçin Nağıyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin