Kabil aeroportunda baş verən izdiham nəticəsində 40 nəfər öldü

21:41 - 17 Avqust 2021

Kabil aeroportunda baş verən izdiham nəticəsində 40 nəfər öldü

Bazar ertəsindən Əfqanıstanın paytaxtı Kabilin beynəlxalq hava limanında izdiham və atışma nəticəsində azı 40 nəfər həlak olub.

Manşet.az xəbər verir ki, bu barədə "Taliban" radikal hərəkatının aeroportda olan komandirinə istinadən "Tolonews" telekanalı bildirib.

Hərəkat üzvünün məlumatına görə, insanlar "xarici qüvvələrin odlu silahın tətbiqi" nəticəsində, həmçinin izdihama görə həlak olublar. O, əhalini hava limanına gəlməməyə və xarici uçmağın mümkünlüyü ilə bağlı şayiələrə qulaq asmamağa çağırıb.

Aeroporta gəlmiş vətəndaşlar telekanala bildiriblər ki, onlar ölkəni tərk etməyə ümid edirlər.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin