Lənkəranda oğul atanı xilas etdi

21:29 - 17 Avqust 2021

Lənkəranda oğul atanı xilas etdi

Lənkəranda intihara cəhd olub.

Manşet.az xəbər verir ki,  hadisə Havzava kəndində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü kənd sakini Ş.Süleymanov özünü asıb. Hadisədən onun oğlu xəbərdar olub. O, kəndiri kəsərək, ailə üzvlərinə məlumat verib və atasını xilas edib. Ş.Süleymanov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Ş.Süleymanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. Report


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin