"Kassalarda biletlər demək olar ki, qurtarıb" - AFFA Rəsmisi

13:42 - 16 İyun 2021

"Avro-2020-nin A qrupunda bu gün Bakıda keçiriləcək Uels - Türkiyə oyununa maraq həddən artıq böyükdür."

 

Bunu Manşet.az-a açıqlamasında AFFA-nın mətbuat və ictimaətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla bildirib.

O daha sonra oyun barədə bunları bildirib: "Bilet demək olar ki, kassalarda qurtarıb. Maraq çox böyükdür, həm vətəndaşlarımız həm də turistlər biletlər alıb. Kovid-ə görə stadiona yer tutumunun 50 faizi həcmində adam buraxılacaq. Təxminən 30 min bilet satışa çıxarılıb, onun da 29 mindən çoxu satılıb. Biletləri daha çox türistlər, yoxsa yeri əhali alıb, bunu oyundan sonra biləcəyik."


Xəbər xətti

21 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin