Nazirlikdən Xəzərin sahilindəki naməlum plastik hissəciklərlə bağlı AÇIQLAMA - FOTOLAR

17:18 - 21 Noyabr 2022

Nazirlikdən Xəzərin sahilindəki naməlum plastik hissəciklərlə bağlı AÇIQLAMA - FOTOLAR

Xəzər dənizinin Fatmayı və Goradil sahilboyu ərazisinə dənəvər plastik materialların yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Xidmət rəsmisi Vaqif Cavadov Manset.az-a bildirib ki, əraziyə keçirilən baxış zamanı ağ kiçik dənəvər formalı plastik materialların polietilen istehsalı üçün nəzərdə tutulan xammal olduğu müəyyən edilib. 

“Ölkəmizdə fəaliyyət göstərən polietilen materiallar istehsal edən müəssisələrin mütəxəssisləri əraziyə cəlb edillib, birgə aparılan araşdırmalar və danışıqlar nəticəsində  sözügedən xammalın ölkəmizdəki müəssisələrə məxsus olduğu təsdiqlənməyib. İlkin ehtimala görə, xammal dəniz yolu ilə yük daşınması zamanı dənizə dağılıb və küləkli havada dalğa ilə sahilə çıxaraq sahil xətti boyu təqribən 1000 metr məsafədə yayılıb. 

V.Cavadovun sözlərinə görə, hazırda plastik dənəciklərin yayıldığı ərazi Binəqədi Rayon Bələdiyyəsinin əməkdaşları tərəfindən təmizlənir.



Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin