Azərbaycanda daha iki erməni hərbçisinin meyiti tapıldı

20:08 - 17 Avqust 2021

Azərbaycanda daha iki erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb.

Manşet.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusunun daha 2 hərbçisinin meyiti tapılaraq təxliyə edilib.

Meyitlər Cəbrayıl rayonunda aşkarlanıb. Meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 636 nəfərin meyiti aşkarlanıb.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin