"Əfqanıstanda KİV-in fəaliyyətinə icazə veriləcək"- Taliban

19:31 - 17 Avqust 2021

"Taliban" sözçüsü Zabiullah Mücahid Əfqanıstanda söz və mətbuat azadlığına hörmət ediləcəyini vəd edib.

Manşet.az report-a istinadən xəbər verir ki,Mücahid bildirib ki, informasiya azadlığı cəmiyyət üçün faydalı olacaq və eyni zamanda liderlərin səhvlərini düzəltməyə kömək edəcək.

Xatırladaq ki, 1996-2001-ci illərdə Əfqanıstanda "Taliban" hakimiyyəti dövründə yalnız təbliğat və dini proqramlar yayımlayan radiostansiya (Radio Charia) istisna olmaqla, bütün kütləvi informasiya vasitələri qadağan edilmişdi.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin