Xalq artisti xilas etdiyi körpədən danışdı: “Müharibəyə getdi, şəhid oldu”

19:16 - 17 Avqust 2021

Xalq artisti xilas etdiyi körpədən danışdı: “Müharibəyə getdi, şəhid oldu”

Xalq artisti Flora Kərimova bir zamanlar həyatını xilas etdiyi körpədən danışıb.

Manşet.az xəbər verir ki, “Onun sirri” proqramına qonaq olan sənətçi göbək cifti boğazına dolanan körpənin həyatını son anda xilas etdiyini, sonra isə o uşağın vətən uğrunda şəhid olduğunu deyib:

“Bir dəfə konsertdə çıxışımdan sonra şəhid ailələrindən bir qadın mənə yaxınlaşdı. Kağız verdi və dedi ki, "mənə zəng edin". Həmin xanım mənim onu tanımadığımı, lakin bizim illər əvvəl eyni xəstəxanada qarşılaşdığımızı və mənim orada onun övladını ölümdən qurtardığımı dedi.

O xanımın övladı yeni doğulanda ölürdü. Mən onu xilas etdim. Sonra həmin xanım mənə həyat yoldaşının yazdığı kağızı göstərdi. Uşaq doğulanda atası sevinə-sevinə çıxdı ki, siz musiqiçisiniz, yəqin ki, xilas etdiyiniz övladım da musiqiçi olacaq. Onda mən dedim ki, o musiqiçi olmayacaq, böyüyüb vətən qəhrəmanı olacaq. O da böyüdü, getdi müharibəyə, şəhid oldu”. /baku.ws


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin