19 yaşlı futbolçu bu səbəbdən dünyasını dəyişdi

18:56 - 17 Avqust 2021

19 yaşlı futbolçu bu səbəbdən dünyasını dəyişdi

İtaliyanın "Atletiko Terme Fyuci" komandasının futbolçusu Marko Tampvo dünyasını dəyişib.

Manşet.az report-a istiandən xəbər verir ki, ilk ehtimala görə, 19 yaşlı oyunçunun ölümünə infarkt səbəb olub.

Bir neçə gün öncə koronavirusa yoluxan Tampvonun vəziyyəti qəflətən pisləşib. Nəticədə valideynləri təcili tibbi yardım çağırıblar. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, "Atletiko Terme Fyuci" klubu İtaliyanın D Seriyasında çıxış edir.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin