Qonşu ölkələrdə tüğyan edən siklon bu dəfə Azərbaycandan yan keçib - Umayra Tağıyeva

18:19 - 17 Avqust 2021

Qonşu ölkələrdə tüğyan edən siklon bu dəfə Azərbaycandan yan keçib - Umayra Tağıyeva

Qonşu Türkiyə, Gürcüstan və Rusiyanın cənub bölgələrində tüğyan edən növbəti siklon bu dəfə bizdən yan keçib.

Manşet.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu prosesin yalnız zəif təsirləri avqustun 14-də ökəmizin qərb və şimal bölgələrində hiss olunub:

"Belə ki, Qusar rayonunda 30 mm (aylıq normanın 89%-i), Tovuzda 20 mm (aylıq normanın 82%-i) yağıntı, Quba və Qusarın bəzi kəndlərində dolu düşüb. Yağıntıların belə qeyri-bərabər paylanmasının nəticələrini nəzərə alaraq, adaptasiya tədbirlərini görmək vacibdir. Ölkənin bəzi rayonları sel və sürüşmə təhlükəsi olan zona hesab edilir. Əlbətdə ki, erkən xəbərdarlıq nəticələri yumşalda bilər, lakin qarşısını ala bilməz. Bir şey aydındır ki, oxşar situasiyalara hazır olmaq lazımdır. Əlverişsiz hadisələrdən əvvəl, anında və sonrakı zamanda düzgün davranma hesabına mənfi nəticələri azaltmaq mümkündür".


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin