41 yaşlı kişi onunla evlənmək istəməyən 16 yaşlı əmisi qızını güllələdi

18:05 - 17 Avqust 2021

41 yaşlı kişi onunla evlənmək istəməyən 16 yaşlı əmisi qızını güllələdi

41 yaşlı kişi 16 yaşlı qızı onunla evlənmək istəmədiyi üçün silahla vurub.

 

Manşet.az xəbər verir ki, hadisə Samsun şəhərində baş verib.

 

41 yaşlı kişi 16 yaşlı əmisi qızı ilə evlənmək istəyib. Buna razı olmayan əmisi qızını və əmisinin yoldaşını silahla vurub.

 

Belə ki, evə girən Erkan adlı şəxs özü ilə gətirdiyi silahla evdəkilərə atəş açıb. Daha sonra isə hadisə yerindən qaçıb. Silah səslərini eşidən qonşular polis və təcili tibbi yardıma məlumat verib. Hadisə nəticəsində qadın ölüb, qız isə ağır yaralanıb.

 

Cinayəti törədən şəxs isə polis tərəfindən tapılaraq istintaqa cəlb edilib.

azxeber.com


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin